Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

La Liqa klublarından yeni rekord

La Liqa klublarından yeni rekord

İspaniya klubları yay transferlərinə  bir milyard avrodan çox pul xərcləyərək rekord imza atıblar. Bu barədə “Futbolhd.ru” məlumat yayıb. 
Bildirilir ki, La Liqa təmsilçiləri indiyə kimi heç vaxt transferlərə bu qədər böyük məbləğ ödəməyiblər. Qeyd edilir ki, transferlərə ən çox vəsait xərcləyən klublar isə  Madridin “Real” komandası ilə Kataloniyanın “Barselona” klubudur. Bu göstərici üzrə üçüncü pillədə Madridin “Atletiko” komandası qərarlaşıb.
Mənbə yazır ki, hazırda transferlərə ən çox pul xərcələyən (303 milyon avro) “Real”  Eden Hazard, Eder Militao, Ferland Mendi, Luka Yoviç, Rodriqo kimi futbolçuları heyətinə cəlb edib. Kataloniya təmsilçisi isə Antuan Qrizmann, Frenki De Yonq, Norberto Murara, Emerson de Souza və Ludovit Reis üçün, ümumilikdə, 230 milyon 500 min avro xərcləyib.
Madridin “Atletiko” komandası isə təkcə Portuqaliyanın “Benfika” klubundan aldığı Joao Feliks üçün 126 milyon avro ödəyərək inidəyə kimi klubun tarixində  ən bahalı transferini gerçəkləşdirib. Komanda, ümumilikdə, transferlərə 206 milyon 500 min avro xərcləyərək Felipe Monteyro, Markos Lorente, Renan Lodi, İvan Saponmyiçi transfer edib.
Bundan başqa, Avropa futbolunda bu yay edilən ən bahalı 10 transferin 6-sı La Liqa klublarından olub. Joao Feliks (126 milyon avro), Antuan Qrizmann (120 milyon avro) və Eden Hazard (100 milyon) ilk 3-lükdə yer alıb.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

17 2019 19:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə