Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada güclü yağışlar

Rusiyada güclü yağışlar

Rusiyada güclü yağışlar davam edir. Ötən gün paytaxt Moskvaya aylıq normanın 25 faizi qədər yağıntı düşüb. Sinoptiklərin proqnozuna görə, Moskvaya qarşıdakı üç gündə aylıq normanın 50 faizi qədər yağıntı düşəcək.
TASS-ın məlumatına görə, xilasedicilər gücləndirilmiş iş rejiminə keçiblər. Paytaxt küçələrinə 210 ədəd texnika çıxarılıb. Çünki küçələr çayı xatırladır.
Amur vilayətinin Blaqoveşensk şəhərinə yağan güclü yağışlar nəticəsində evlərin həyətlərini, uşaq bağçalarını, xəstəxanaları, mağazaları və digər binaları su basıb. Avtomobillər hərəkət edə bilmir. Əksər yerlərdə elektrik enerjisinin verilişi kəsilib.
Tuva şəhərinə yağan güclü yağışlar Yenisey çayında suyun səviyyəsini 14 santimetr artırıb. Daşqın təhlükəsi var. Burada fövqəladə vəziyyət elan edilib.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

17 2019 19:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə