Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti: Türkiyə və Birləşmiş Ştatlar çox çətin vəziyyətə düşüb

Ankara “Petriot” raket sistemlərini almaq üçün böyük səylər göstərsə də, Obama administrasiyası bundan imtina edib

ABŞ Prezidenti: Türkiyə və Birləşmiş Ştatlar çox çətin vəziyyətə düşüb

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Türkiyə Rusiyanın “S-400” sistemlərini aldığına görə Vaşinqton bu ölkəyə F-35 qırıcılarını satmayacaq. Ağ ev başçısı həm də Barak Obama administrasiyasının Ankaraya “Petriot” zenit-raket kompleksi satmamasını səhv qərar adlandırıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

“Türkiyə çox çətin vəziyyətə düşüb. Eyni zamanda, Birləşmiş Ştatlar da pis vəziyyətdədir. ABŞ NATO üzrə müttəfiqi Türkiyəyə Rusiyanın raket sistemini aldığına görə F-35 sata bilməyəcək. Çox çətin vəziyyətdir, ancaq biz bu məsələ üzərində işləyirik. Görək nəticə necə olacaq, bununla belə, bu, heç də ədalətli hal deyil”, – deyə Tramp Ağ evdə jurnalistlərə bildirib.
O, yaranmış vəziyyətə görə Barak Obama administrasiyasını günahlandırıb: “Türkiyə “Petriot” raket sistemlərini almaq üçün böyük səylər göstərmiş olsa da, Obama administrasiyası bundan imtina edib. Bu səbəbdən də Türkiyə Rusiya sistemini alıb. Bundan sonra Türkiyəyə deyiblər: Biz sizə “Petriot” satmağa hazırıq. Ancaq o zamana qədər Türkiyə artıq Rusiya ilə müqavilə imzalayıb və böyük məbləğdə ödəniş edib. Türkiyə NATO-nun üzvüdür, onlar 100-dən artıq F-35 sifariş etmişdilər və sonra daha çox alacaqlarını demişdilər”. 
Onun sözlərinə görə, yaranmış vəziyyətdən F-35 istehsalçısı “Locheed Martin” də narazıdır, çünki müəssisə üçün bu, minlərlə iş yerinin itirilməsi deməkdir. 
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs isə deyib ki, Prezident Tramp və dövlət katibi Mayk Pompeo Türkiyəyə qarşı sanksiya variantlarını nəzərdən keçirirlər. “Amerika hakimiyyəti S-400 almağın hansı nəticələrə gətirib çıxaracağını Ankaraya əvvəlcədən anlatmışdı”. Ancaq sanksiyaların nədən ibarət olacağı açıqlanmayıb. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

17 2019 19:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə