Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya hərbçilərini Yaxın Şərqə göndərmək istəmir

Yaponiya hərbçilərini Yaxın Şərqə göndərmək istəmir

BBC-nin NHK-ya istinadən yaydığı məlumata görə, rəsmi Tokio öz hərbçilərini ABŞ-ın təklifi ilə Hörmüz körfəzində təhlükəsizliyin təmin edilməsi məqsədilə koalisiya yaratmaq üçün Yaxın Şərqə göndərməyi planlaşdırmır. Mənbə yazır ki, bu sözləri Yaponiyanın müdafiə naziri Takeşi İvaya deyib.
ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, general Cozef Danford ötən həftə deyib ki, rəsmi Vaşinqton bir sıra ölkələrlə bu koalisiyanın məqsədəuyğunluğunu müzakirə edir.
Takeşi İvaya jurnalistlərə açıqlamasında bildirib ki, Yaponiya hökuməti regionda artan gərginlikdən narahatdır. Nazir, həmçinin deyib ki, Yaponiya hökuməti ABŞ Administrasiyası ilə tez-tez əlaqə saxlasa da, özünümüdafiə qüvvələrinin koalisiyada iştirak etmək üçün göndərilməsini nəzərdə tutmur.
Yaxın Şərq regionunun enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən İvaya onu da bildirib ki, ehtiyac yaranacağı təqdirdə müxtəlif variantlar mümkündür. 

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

17 2019 19:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə