Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 312    Bakı şəhəri, 15 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” 2002-ci il 
28 ­oktyabr tarixli 165 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 
29 dekabr tarixli 616 nömrəli, “Fərdi məşğulluq ­proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 
29 dekabr tarixli 619 nömrəli və “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 
2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
 
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 648; 2016, № 7, maddə 1364; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 aprel tarixli 149 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Güzəştlərin tətbiqi Qaydası”nın 8.2-ci bəndində “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində” sözləri “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, 
№ 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, 
№ 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, 
№ 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, 
№ 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, 
№ 4, maddələr 835, 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806, № 10, maddələr 2141, 2162, 2177, № 11, maddələr 2438, 2463, № 12 (II kitab), maddələr 2724, 2733, 2740; 2019, № 1, maddə 159, № 3, maddə 565; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 169 nömrəli və 26 aprel tarixli 190 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 9.37-ci bəndi aşağıdakı redaksiyada verilsin:
 
9.37. İş yerindən elektron qaydada arayış alınması
 
 
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində “Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə” sözləri “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2561; 2018, № 12 (II kitab), maddə 2730; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 190 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdiril-məsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.1-ci bəndin birinci cümləsində “Məşğulluq Alt Sistemi”ndə” sözləri “Məşğulluq” altsistemində” sözləri ilə və ikinci cümləsində “Elektron informasiya sisteminə” sözləri “MEİS-ə” abreviaturası ilə əvəz edilsin;
4.2. 3.9-cu bənddə “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”ndə” sözləri “Əmək müqaviləsi bildirişi” altsistemində” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 3, maddə 532) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndində “Məşğulluq Alt Sistemi”nə” sözləri “Məşğulluq” altsisteminə” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565; 2018, № 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.1-ci bəndində “Məşğulluq Alt Sistemi”nə” sözləri “Məşğulluq” altsisteminə” sözləri ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə