Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 311    Bakı şəhəri, 15 iyul 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 5 iyul tarixli 92 nömrəli, “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 42 nömrəli, “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında” 2012-ci il 15 fevral tarixli 37 nömrəli, “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 315 nömrəli və “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 4 aprel tarixli 143 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1538-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 aprel tarixli 1129 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583; 2006, № 5, maddə 463; 2008, № 2, maddə 130; 2019, № 3, maddə 516) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununun “XXXI. Rabitə” bölməsinin 17-ci bəndində “abonenti” sözü “abunəçisi” sözü ilə, “abonent” sözü “abunəçi” sözü ilə, 18-ci bənddə isə “abonentlərə” sözü “abunəçilərə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 190) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın “5A2 kateqoriyası”nın “Sistemlər, avadanlıqlar və komponentlər” bölməsində ikinci halda “Qeyd” hissəsinin e) və f) bəndlərində “abonentlər” sözü “abunəçilər” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 181; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 163) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.6-cı bəndində “abonentlərə” sözü “abunəçilərə” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379; 2019, № 1, maddə 163) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın 2.2.6-cı yarımbəndində “abonent” sözü “abunəçi” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 aprel tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 799) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın 9.13.1.1.1-ci yarımbəndində “abonentə” sözü “abunəçiyə” sözü ilə, 9.13.1.1.7-ci yarımbəndində “abonent” sözü “abunəçi” sözü ilə və 9.13.1.1.3-cü yarımbəndində “abonentlərin” sözü “abunəçilərin” sözü ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə