Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gənc qırğız şeiri antologiyası” Bakıda təqdim ediləcək

“Gənc qırğız şeiri antologiyası” Bakıda təqdim ediləcək

Azərbaycanda Atatürk Mərkəzində iyulun 23-ü saat 15.00-da "Gənc qırğız şeiri antologiyası"nın təqdimatı keçiriləcək.  Təqdimatda Qırğız Respublikası Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekov başda olmaqla, 14 qırğız şairi iştirak edəcək. Bu barədə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) mətbuat xidmətindən bildirilib.

Layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olan antologiyaya Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və yazıçı-publisist Yunus Oğuz rəy verib.

Antologiyanı qardaş ölkənin istedadlı gənc yazarları, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib.

Kitaba ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov “Təqdim”, Cavanşir Feyziyev “Ön söz”, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə “Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.

Otuz beş gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan, Pərvanə Məmmədli, Gülnar Səma, Əkbər Qoşalı və başqaları çevirib.

Qeyd edək ki, DGTYB bundan əvvəl “Çağdaş Azərbaycan şeiri”, “Gənc tatar şeiri”, “Yeni qazax şeiri”, “Fəzanın cazibəsi (Arxangelsk şairlərinin şeirləri)”, “Özbək şeir çələngi” və “Yeni zaman Azərbaycan şeiri” antologiyalarını nəşr etdirib.

17 2019 16:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 14:02
UEFA reytinqi

Köhnə versiyamızdan xəbərləri izlə