Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı şahmatçı üçüncü turu heç-heçə ilə bitirib

Azərbaycanlı şahmatçı üçüncü turu heç-heçə ilə bitirib

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” Beynəlxalq Şahmat Turnirinin üçüncü turu yekunlaşıb.

Turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov üçüncü turda Riçard Rapportla (Macarıstan) qarşılaşıb və xalları yarı bölüb.

Xatırladaq  ki, şahmatçı Teymur Rəcəbov ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə edib. İkinci turda isə almaniyalı Liviu Dieter Nisipeanunu məğlub edib. Üç turun nəticəsinə görə, şahmatçımızın aktivində 2 xal var.

Turnir iyulun 21-də başa çatacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

17 2019 16:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə