Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb

Azərbaycan İlahiyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, kütləvi informasiya agentliklərini rəhbərləri və jurnalistlər iştirak ediblər. Bu barədə Aİİ-nin mətbuat xidmətindən bildirilib.

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində, mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-cü ildən sonrakı dövrdə də bütün sahələrə olduğu kimi, yazarlara, mətbuat işçilərinə, qələm əhlinə xüsusi diqqət və qayğı göstərib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, hər il iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur.

Rektor bildirib ki, Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğuraraq, xalqımızın milli oyanışında, birliyinin möhkəmləndirilməsində böyük rol oynayıb. Ceyhun Məmmədov mətbuatın dövlət-din münasibətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirib, media nümayəndələrini bu sahədə həyata keçirilən islahatları ictimaiyyətə çatdırmaqda daha da fəal olmağa çağırıb. Dünyada, xüsusilə din sahəsində baş verən dəyişikliklərin ictimaiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş Milli Mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabinin redaktoru olduğu "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunu oyadıb. Həmçinin 144 il öncə Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin şanlı ənənəsinin bugünkü mətbuatımız tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Əflatun Amaşov daha sonra bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti önəmlidir. O, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin gözəl və düzgün formada ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirdə Aİİ-nin fəaliyyətini obyektiv işiqlandıran, fəallığı ilə seçilən media nümayəndələri təltif olunublar. Qeyd edək ki, təltif edilən KİV arasında “Xalq qəzeti” də var.

17 2019 16:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə