Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarpızın orqanizmə ziyanı da var

Qarpızın orqanizmə ziyanı da var

Qarpızın faydaları hamıya məlumdur. Lakin bəzi pozulmalar zamanı bu giləmeyvə nəinki fayda vermir, hətta insana ziyan vura bilər.

Saglamolun.az saytının yazdığına görə bu pozulmalar aşağıdakılardır.

1. 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu  böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.

2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır.

3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.

4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər.

5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

6. Uşaq və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər.

Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir.  

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2019 11:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə