Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransalı xanımlar Azərbaycan həqiqətləri ilə tanış olublar

Fransalı xanımlar Azərbaycan həqiqətləri ilə tanış olublar

Milli Məclisin deputatı Qənirə Paşayeva İsveçrədə keçirilən Dünya Qadın Sammiti çərçivəsində  bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Eyni zamanda, Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan sabiq Təhsil, Ali Təhsil, Araşdırmalar və Qadın haqları, şəhər məsələləri, gənclər və idman naziri işləmiş xanım Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri ilə görüşüb.

Görüşlər  zamanı Azərbaycan - Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla qeyd edilib. Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri olmuş, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın rolu, onun Azərbaycan tarixi, mədəniyyəti və həqiqətlərinin Fransa ictimaiyyətinə daha geniş çatdırılması sahəsində, Azərbaycan--Fransa mədəniyyət əlaqələri də daxil olmaqla bütün istiqamətlərdə gördüyü önəmli işlər xüsusi vurğulanıb.

Q.Paşayeva Fransanın görüşdə iştirak edən xanımlarına Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində görülən işlər, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multikultural dəyərlərə sahibliyi ilə  bağlı, xüsusilə Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb. Q.Paşayeva onlara görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib və onları ölkəmizə dəvət edib. 

Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyən Fransanın əmək naziri Muriel Penicaud və Fransanın fəal qadın lider və siyasətçilərindən olan  Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri Azərbaycanla əməkdaşlığın daha da genişlənməsini vacib saydıqlarını və bu istiqamətdə əlaqələrin və işlərin daha da genişlənəcəyini deyiblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2019 11:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə