Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 308  Bakı şəhəri, 15 iyul 2019-cu il

“İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə

 “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:  

1.“İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

Novruz MƏMMƏDOV 

Azərbaycan Respublikasının Baş Naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il  15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği

 

1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:

 

Sıra

№-si

Mübahisənin növü

Haqqın məbləği

1.

Ailə münasibətlərindən irəli gələn                mübahisələr üzrə

50 manat

2.

Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə

50 manat

3.

İqtisadi mübahisələr üzrə

 

3.1.

iddia qiyməti 500 manatadək olduqda

20 manat

3.2.

iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda

40 manat

3.3.

iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda

60 manat

3.4.

iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda

100 manat

3.5.

iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda

200 manat

3.6.

iddia qiyməti 50000 manatdan çox olduqda

400 manat

 

           

2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə