Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb

Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb

İyulun 16-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşüb. 
İcma rəhbəri görüşdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. Ermənilər Dağlıq Qarabağda XX əsrin ən dəhşətli cinayətlərini törədiblər. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi, mədəni və dini abidələri, müqəddəs ocaqları dağıdıblar. Maddi-mədəniyyət abidələrimizin dağıdılması prosesi indi də davam edir. İşğal altında olan Qarabağ həm də Azərbaycanın musiqi beşiyi adlanır. Şuşa da daxil olmaqla işğal edilmiş ərazilərimizdə yerləşən musiqi məktəbləri ermənilər tərəfindən dağıdılıb.   
İcma sədri qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən bir ölkə kimi istənilən dinə və dilə malik olan xalqların azad şəkildə fəaliyyətinə imkan yaradır.
Sonra Dağlıq Qarabağın mədəniyyəti və tarixindən bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarxda məscidlərimizin ermənilər tərəfindən dağıdılmasından, eyni zamanda, Şuşa şəhərində Rus Pravoslav Kilsəsinin erməniləşdirilməsindən bəhs olunub.  
Diqqətə çatdırılıb ki, erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları və sair olub.   
Daha sonra yay məktəbi iştirakçılarının sualları cavablandırılıb.

 

AZƏRTAC

17 2019 11:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə