Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası öz binasının, digər tikililərin cari təmiri və genofond-kolleksiya bağının bərpası işlərinin satın alınması məqsədilə Açıq Tender Elan Edir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası öz binasının, digər tikililərin cari təmiri və genofond-kolleksiya bağının bərpası işlərinin satın alınması məqsədilə Açıq Tender Elan Edir

Tender 2 lot üzrə keçirilir.
Lot – 1. Meyvəçilik və Çayçılıq Elmi - Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası binasının və digər tikililərin cari təmiri işlərinin satın alınması.
Lot-2. Meyvəçilik və Çayçılıq Elmi - Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının genofond-kolleksiya bağının bərpası işlərinin satın alınması.
Tender iştirakçıları öz tender təkliflərini yazılı surətdə imzalanıb möhürlənmiş şəkildə, ikiqat bağlamada təqdim etməlidirlər.Təkliflərin qiymətləndirilməsində 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və analoji işlərdə təcrübəsi əsas şərt olmalıdır.
Müqaviləni yerinə yetirmək üçün tender iştrakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Ünvan- Xəzər rayonu, Binə qəsəbəsi 12, Ə.İsazadə küçəsi 28, əlaqələndirici şəxs- Sahib Mehtiyev, telefon –(012) 456-39-26.
 Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
İddiaçılar iştirak haqqını aşağdakı hesaba köçürməlidirlər.
Təşkilatın adı – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitunun Abşeron Təcrübə Stansiyası.
VÖEN – 1200119871
Bankın adı –“ Kapital Bank”ın Xəzər filialı
Kod - 200178
VÖEN - 9900003611
Mh - AZ37NABZ01350100000000001944
SWİFT - AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak üçün 20 avqust 2019-cu il saat 17.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər.
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-vergi orqanlarına borcların olub-olmaması haqqında arayış;
-işləri yerinə yetirmək üçün lisenziyalar və potensial imkanlar haqqında məlumat.
 Tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
Bütün vergilər, rüsumlar və daşınma xərcləri təklif olunan qiymətə daxil edilməlidir. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifləri açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.
Tender təklifi və bank zəmanəti 28 avqust 2019- cu il saat 17.00-a kimi təqdim olunmalıdır.
Təklif zərfləri 29 avqust 2019 – cu il saat 15.00-da Abşeron Təcrübə Stansiyasının inzibati binasında açılacaqdır.
 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 E-mail: [email protected]

 

Tender komissiyası

17 2019 11:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Dekabr 2019 | 03:46
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə