Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi Açıq Tender Elan Edir

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi Açıq Tender Elan Edir

Tenderin predmeti kiber təhdidlərin və sızmaların qarşısının alınması üçün sistemin və lisenziyaların satın alınmasıdır.
Tenderdə bu sahədə təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli hüquqi şəxslər iştirak edə bilərlər.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti 139A nömrəli ( 405-ci otaq, telefon- (+99412) 5654195 (daxili- 2021); e-mail: [email protected] Natiq Yaqubovdan) ünvandan ala bilərlər.
İştirak haqqı 800 (səkkiz yüz) manatdır.
AZN Hesabı
Qurum- Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi MMC.
Ünvan- AZ1029, Bakı şəhəri, Nizami ­rayonu, Heydər Əliyev prospekti 139A.
VÖEN- 1302005391
İBAN- AZ20AIIB33010019443701802107
Bank rekvizitləri:
Adı- “Kapital Bank”ın Xətai filialı
VÖEN- 19900003611
M/h- AZ37NABZ0135010000000001944
Kod- 200071
SWIFT- BIK AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- digər sənədlər: işlərin icra edilməsini təmin edəcək işçilər haqqında məlumat (mövcud sertifikatlar əlavə edilməklə), habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
İddiaçılar tender təklifi və tender təklifinin bank zəmanəti istisna olmaqla digər sənədləri əsli və surəti 2(iki) nüsxədə təqdim edirlər.
İddiaçılar tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatını (tender təklifinin qüvvədə olma tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır) bağlı, möhürlənib imzalanmış zərflərdə 2 nüsxədə əsli və surəti təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
İddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. 
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində icra olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsi aşağıdakı meyarlarla aparılacaqdır:
a) iddiaçının maliyyə təklifi - 50 bala qədər
b) avadanlığın texniki parametrlərinə tələblər - 40 bala qədər
c) ixtisaslı mütəxəssislər və işin icrasına dair tələblər - 10 bala qədər 
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 20 avqust 2019-cu il saat 11.00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 29 avqust 2019-cu il saat 11.00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti 139A ( 404-cü otaq) nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30 avqust 2019-cu il saat 11.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti 139A (309-cu otaq) nömrəli ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

17 2019 11:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə