Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Perunun keçmiş prezidenti ABŞ-da saxlanılıb

Perunun keçmiş prezidenti ABŞ-da saxlanılıb

ABŞ  polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb. O,ekstradisiya qərarı ilə bağlı həbs olunub.

2001-2006-cı illərdə prezident olan Toledo ölkəsinə mümkün ekstradisiyası üzrə proses çərçivəsində ABŞ-ın məhkəmə orqanları qarşısına çıxarılıb.

Qeyd edək ki, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu keçmiş prezidentinABŞ-da saxlanmasına səlahiyyət vermir.

Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. Onun özü bu itihamları rədd edir.

Bir neçə il öncə Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun ekstradisiyası ilə bağlı müraciətə baxmasını xahiş edib.

 

“Xalq qəzeti”

17 2019 11:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə