Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır

Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, “Azərsu” ASC tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir. ASC-dən bildirilib ki, 2019-cu ilin dövlət investisiya layihəsinə əsasən, məcburi köçkünlərin yaşadığı 7-11-ci qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su mənbəyindən 400 millimetr diametrli polietilen borularla 15 kilometrlik magistral su kəməri çəkilir. May ayında icrasına başlanılan layihə üzrə işlərin artıq 90 faizindən çoxu yekunlaşıb. Magistral kəmərin inşası iyulda başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək.

Yeni kəmərin istismara verilməsi ilə qəzalı vəziyyətdə olan köhnə polad magistral xətt ləğv olunacaq. Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 min məcburi köçkün faydalanacaq.
4500-dək ailənin yaşadığı və 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir. 2011-ci ildə icra olunmuş layihə 6 qəsəbəni əhatə edib. Layihə çərçivəsində məcburi köçkünləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə subartezian quyuları qazılıb. Quyu zonasında tutumu 4000 kubmetr olan 2 su anbarı tikilib.
Layihə çərçivəsində 12 kilometr magistral, 89 kilometr uzunluğunda qəsəbədaxili su xətləri çəkilib, 2600-dən çox evə birləşmə verilib. Dayanıqlı su təchizatının aparılması üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, nasosxana inşa edilib, 18 nasos və 6 ədəd 63 kilovatlıq transformator quraşdırılıb. Növbəti mərhələdə 11 qəsəbədə bütün evlər sayğacla təmin olunub.

 

AZƏRTAC

 

17 2019 10:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə