Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda qızılgül yığımında məhsuldarlıq 20 faiz artıb

Azərbaycanda qızılgül yığımında məhsuldarlıq 20 faiz artıb

Zaqatala rayonunda qızılgül yetişdirilməsi ilə məşğul olan "Azrose" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumatda bildirilir ki, qızılgül yığımı başa çatıb.

Məlumatda deyilir ki, ötən illə müqayisədə qızılgül yığımı bu il daha məhsuldar olub: "181 hektar gül sahəmiz var. Onun 36 hektarı lavanda gülü, 145-i isə qızılgül sahəsidir. Bu il 145 hektardan 121 hektarında qızılgül yığımı aparılıb. 2018-ci ildə 64 hektar qızılgül sahəsindən 120 ton gül ləçəyi toplanıb. Bu il isə 121 hektar qızılgül sahəsindən 280 ton gül ləçəyi toplanıb. Bu da ötən ilə nisbətən məhsuldarlığın 20 faiz artımı deməkdir. Yəni ötən il bir hektar qızılgül sahəsindən 1 ton 800 kiloqram məhsul götürmüşdüksə, bu il bir hektardan 2 ton 300 kiloqram götürmüşük".

Şirkətdən bildiriblər ki, hazırda lavanda gülünün yığımı davam edir: "Bu səbəbdən məhsuldarlıqla bağlı konkret rəqəm demək çətindir".

Qeyd edək ki, daha öncə şirkətin məsul əməkdaşı  Fransa, İsveçrə və Almaniyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparıldığını qeyd etmişdi. Məlumata görə, həmin yağlar "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac ediləcək.

 

“Xalq qəzeti”

17 2019 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə