Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ilin birinci yarısında Çində 6,3 faiz iqtisadi artım qeydə alınıb

Cari ilin birinci yarısında Çində 6,3 faiz iqtisadi artım qeydə alınıb

“Sinxua”nın Çin Milli Statistika Bürosuna istinadla verdiyi məlumata görə, cari ilin birinci yarısında bu ölkədə ümumi daxili məhsulun (ÜDM) artım tempi 6,3 faiz təşkil edib. 

Bildirilir ki, ilin birinci yarısında Çində ÜDM-in ümumi məbləği 45,09 trilyon yuana (təxminən 6,55 trilyon dollar) çatıb. Müvafiq olaraq birinci rübdə artım 6,4, ikinci rübdə isə 6,2 faiz təşkil edib. İlin ikinci rübü üzrə qeydə alınan artım tempi Çində iqtisadiyyatın inkişafında rekordların başladığı 1992-ci ildən bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, Çin hökuməti bu il üçün ÜDM artımını 6-6,5 faiz proqnozlaşdırıb.
Bu arada, Çin Milli Statistika Bürosu bildirib ki, cari ilin yanvar–iyun aylarında əhalinin orta gəliri 6,5 faiz çoxalaraq 15 min 294 yuan (2 min 225 dollar) təşkil edib. Şəhər yerlərində isə bu rəqəm 21 min 342 yuan (3 min 100 dollar) olub. İlin birinci yarısında ölkədə 7,73 milyon yeni iş yeri açılıb ki, bu da illik hədəfin 67 faizini təşkil edir.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

17 2019 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə