Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşqın Nepalda 65 nəfərin həyatına son qoyub

Daşqın Nepalda 65 nəfərin həyatına son qoyub

Nepalda yağan aramsız və güclü yağışlar daşqına və torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakət nəticəsində 65 nəfər həlak olub, 38 nəfər xəsarət alıb. “Ani” agentliyinin məlumatına görə, 30 nəfər itkin düşüb. Daşqın nəticəsində ölkənin 22 rayonuna ziyan dəyib. Bu ərazilərdən 1146 nəfər evakuasiya edilib.

“CNN”in məlumatına görə, Hindistanın Bihar ştatı ilə sərhəddə olan Nepalın kəndində 14 nəfər həlak olub.
Xatırladaq ki, Nepalda musson yağışlar iyulun 11-dən başlayıb. Ölkənin cənub rayonlarına 400 mm yağıntı düşüb. Sinoptiklərin proqnozuna görə, güclü yağışlar hələ bir neçə gün davam edəcək. Xilasedicilər isə əhalini təhlükəsiz ərazilərə evakuasiya edirlər.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

17 2019 10:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə