Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mariya Stadnik finalda

Mariya Stadnik finalda

Azərbaycanın  qadın güləşçilərdən  ibarət milli  komandasının  lideri, Olimpiya oyunlarının üçqat  mükafatçısı, dünya  çempionu, yeddi  dəfə Avropa  çempionu Mariya  Stadnik (50 kq) Polşanın  paytaxtı  Varşavada  keçirilən  beynəlxaq  turnirdə  inamlı  qələbələri  ilə  diqqət  mərkəzindədir.

Güləşçimiz onu finala aparan yolda  bütün  rəqiblərinə  vaxtından əvvəl  qalib gəlmiş və  bu  gün  keçiriləcək həlledici görüşdə  Ukrayna  idmançısı  ilə qarşılaşacaq.

 

“Xalq qəzeti”

 

8 2018 15:02 - İDMAN
İDMAN

Ən son xəbərləri səhifəmizdən də izləyin