Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Hava proqnozu

İyulun 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 21-25, gündüz 30-35, Bakıda gecə 21-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütununa enəcək , nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcəyə çatacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 18-23, gündüz 34-39 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, ­Ağdam, ­Füzuli, Cəbrayıl rayonlarında əsasən ­yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 30-35 , dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 20-23, gündüz 30-35 , dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq. 

17 2019 10:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə