Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub

Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub

Rusiyanın Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub. Bu barədə Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətindən bildirilib.

Jurnalın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “İslam Sivilizasiyasi Qafqazda” I Beynəlxalq Simpoziumunun açılış mərasimindəki nitqindən – “Qafqazda İslamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrin olmasını əks etdirir” – sözləri qeyd olunub. Eyni zamanda, jurnalın  birinci səhifəsində XIX əsrə aid Azərbaycanın milli geyimləri, mətbəx əşyaları və xalçası da əks olunub.

Baş redaktoru Bolqar İslam Akademiyasının rektoru Rafiq Muxametşin olan jurnalda Azərbaycan haqqında məqalələr də nəşr edilib.

Dünyanın müxtəlif ölkələrinin tanınmış alimlərinin daxil olduğu jurnalın Redaksiya Heyətinin sədri Rusiya Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Vitali V.Naumkindir.

Qeyd edək ki İslamın yaranmasından müasir dövrə qədər onun bütün sahələrini əks etdirən tarixi, psixoloji və teoloji cəhətdən əsaslandırılmış “Minbar” jurnalı İslam dini və İslam dünyasının bütün aspektlərini əhatə edir.

Məlumat üçün bildiririk ki, jurnalın baş redaktorunun müavinləri – Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şəmil Kəşşaf  və Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya və Çoxmədəniyyətli təhsilin psixoloji  problemləri kafedrasının dosenti Olqa Pavlova “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda iştirak ediblər. Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan görüşlər zamanı “Minbar” jurnalının növbəti saylarında Beynəlxalq Simpozium haqqında məlumatların çap olunması qərara alınıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 2019 16:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə