Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olunub

Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olunub

Dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə həsr olunmuş poçt bloku tədavülə buraxılıb. Poçt markalı blokun üzərində “Vostok” və “Mirnıy” adlı qayıqlar, həmçinin Antarktida peyzajı təsvir olunub.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün, yəni iyulun16-da Moskva, Sankt-Peterburq və Penza şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib.

Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 40 min nüsxə təşkil edir. Poçt blokunun ölçüsü 124×70 mm, blokda olan poçt markalarının ölçüləri isə 42×30 mm təşkil edir. Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.

Qeyd edək ki, ən soyuq, ən quru, ən küləkli və ən yüksək materik olan Antarktidanı 1820-ci ildə Mixail Lazarev və Faddey Bellinshauzenin kəşf edib.

 

“Xalq qəzeti”

16 2019 15:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə