Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sanksiyalara baxmayaraq Türkiyə Aralıq dənizində kəşfiyat işlərini davam etdirəcək

Sanksiyalara baxmayaraq Türkiyə Aralıq dənizində kəşfiyat işlərini davam etdirəcək

Türkiyənin Xarici İşlər Nazirliyi bəyanatla  çıxış edərək bildirib ki, Avropa İttifaqının sanksiyalarına baxmayaraq Türkiyə Aralıq dənizinin şərqində kəşfiyat işləri aparmağı dayandırmayacaq.

Nazirliyin məlumatında daha sonra qeyd edilir ki, Aİ-nin sanksiyaları bir daha İttifaqın Türkiyəyə qarşı ikili standartlar yürütdüyünü göstərir.

Qeyd edək ki, ötən gün Aİ Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib . Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının yükunları üzrə qəbul edilən bəyanatda deyilir:  "Türkiyənin qanunsuz qazma işlərini davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib".

Bundan əlavə, Aİ Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər də tətbiq edir: "Şura Avropa Komissiyasının 2020-ci il üçün Türkiyəyə maliyyə dəstəyinin azaldılması barədə təklifini təqdir edir, həmçinin Avropa İnvestisiya Bankını Türkiyədəki kredit fəaliyyətini yenidən nəzərdən keçirməyə dəvət edir".

Həmçinin Avropa İttifaqı Şurası vurğulayır ki, Brüssel Ankaraya qarşı yeni sanksiyalar hazırlamağa davam edəcək: "Şura bu məsələ ilə məşğul olmağa davam edir və Ai Şurasının 20 iyun tarixli iclasının yekunlarına uyğun olaraq Ali nümayəndəyə (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini) və Avropa Komissiyasına Türkiyənin Şərqi Aralıq dənizində davam edən qazma fəaliyyəti fonunda məqsədli tədbirlərin variantları üzərində işi davam etdirməyi təklif edir. Şura hadisələrin gedişini diqqətlə izləyəcək və zərurət yaranarsa, bu məsələyə qayıdacaq".

16 2019 14:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə