Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanazlığında qidalanma

Qanazlığında qidalanma

Qanazlığı, anemiya, dəmir defisitli anemiya xəstədə diaqnoz olunduqdan sonra uyğun qidalanma rejiminə keçmək lazımdır. Bəzən menyunu həkim tərtib edir, bəzənsə bu iş xəstənin öhdəsində qalır. Qanazlığında faydalı, lazımlı qidaların, qadağan olunmalı ərzaqların siyahısını və real menyu nümunəsini Mediçina az-a istinadən təqdim edirik. Bunu həm uşaqlar, həm də böyüklər üçün tətbiq etmək uyğundur.

İri yarpaqlı tərəvəzlərdə dəmir çoxdur:

Gül kələm, bolqar bibəri, brokkoli, yarpaqlı bütün tərəvəzlər, çuğundur, qoz, püstə, günəbaxan və balqabaq tumu, mal əti, quzu əti, süd məhsulları, pendir, yoqurt, dəniz məhsulları, dəniz yosunu, paxlalıar və sutrus meyvələri bu qəbildəndir.

Siz dəmiri artıran qidaları yedikdə onların mənimsənilməsinə mane olan ərzaqları yeməməlisiniz. Bunlar qəhvə, tamtoxumlu, qlütenli çörək, makaron, buğdadan hazırlanan qidalar,  araxis və yağı, şokolad, qəhvəyi düyü kimi qidalardır.

Qanazlığı olan insanlar yemək zamanı və sonra çay və qəhvə içməməlidir. 

Menyu nümunəsi

Səhər: Portağal şirəsi, pendir, sıyıq, bir ovuc balqabaq və tumu

Günorta: Quzu əti, püre ilə, brokkoli, gül kələmi salatı, mərci, lobya əzməsi, pomidor, bibər, soğanla birgə. 

Axşam: Dəniz məhsulu və ya mal əti – qrildə və ya tavada steyk kimi hazırlanmalı, yarpaqlı tərəvəz və yağ sousu ilə

Anemiya xəstələrinin qidası çuqun qablarda hazırlanmalı və çox bişirilməməlidir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə