Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Autizm, daun, Landau, Optiz sindromu olanlara dəstək

Artıq 2 aydır ki, Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının köməyi ilə "Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihə həyata keçirilir.

"Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi tərəfindən keçirilən layihənin əsas məqsədi  müxtəlif növ  xəstəliklərdən (əqli, fiziki,davranış, ünsiyyət, nitq və s.) əziyyət çəkən əlilliyi olan uşaqların funksional bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə adoptasiyasının təmini üçün  icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsidir.

Qeyd edək ki, layihə çərçivəsində əlil övladı olan ailələrə sosial yönümlü və uşaq inkişafı sahəsində təlimlərin keçirilmişdir.  Təlimlər Bakı Dövlət Universitetinin professoru Mayis Əliyev və "Autizmlilərin idman klubu” İctimai Birliyinin idarə heyətinin üzvü və koordinatoru İlham Osmanlı tərəfindən aparılmışdır. 

Təlimlərin 1-ci hissəsi ailələri maraqlandıran sosial yönümlü mövzulara və müxtəlif diaqnozlarıın(autizm, san flippo, şutuqer weber, kolondie, daun, landau klefner, şarko–marie-tuta, rett, west, optiz sindromu və s.) izahına  həsr edilmişdir. Təlimin 2-ci hissəsi ailələrin tək-tək sosial problemlərinin həlli, uşaqların fərdi şəkildə dəyərləndirilməsi, onların poqramlarına baxış və valideynlərə tövsiyə  xarakterli olmuşdur. 

Layihənin keçirilməsində göstərdikləri dəstəyə görə ictimai birliyin idarə heyətinin sədr və üzvləri Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasına təşəkkür etmişlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə