Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beyni gücləndirən SİNK

Alimlər bildirir ki, beyni aktivləşdirib, məhsuldar işləməsinə təkan verən, intelekti gücləndirən vacib elementlərdən birincisi sinkdir. Hazırda dünya əhalisi zəif qidalanma üzündən sink defisiti yaşayır.

Medicina.az xəbər verir ki, yayda uşaqlar və tələbələr istirahətdə olarkən sinklə zəngin qidalar verib, beyinlərini dərs ilinə hazırlamaq olar. Neyronları oyadan və tənzimləyən sink qanda az olduqda, insanda intelekt və zehni qabiliyyət azalır. 

Eləcə də sink alkoqolun beyin hüceyrələrinə zərərli təsirini yumşaldır. Sink az olduqda hormonlar normal sintez olunmur. 

Sink defisiti yuxu pozğunluğu, əsəbilik, qıcıq, həyəcan, görmənin və qoxunun azalmasına səbəb olur. 

Qeyd edək ki, sink buğda kəpəyi, sünbül, qoz, tumlar, toxumlar, bərk pendir, yumurta sarısı, ət, paxlalılar, dəniz məhsulları, daha çox isə krevetdə boldur. 100 qr krevetdə 40 mq sink var. Ona görə ayda 4--5 dəfə krevet yemək beyin üçün əvəzsizdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə