Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlarda qısa dilaltı yüyən

Körpələrdə dilaltı yəhər adlanan kiçik bağın çərtilməsi əməliyyatı son zamanlar geniş yayılıb. Bir çox doğum evlərində belə körpənin süd əmməsinə mane olacaq bu bağın kəsilməsi təklif olunur. 

Bəzi valideynlər isə bunu qəbul etmir, uşağı birtəhər qidalandırır və ya heç bir maneə törətmədiyini bildirirlər.   ABŞ-ın General Hospitalının pediatrları bəyan edib ki, əksər körpələrdə  süd əmmə və qidalanmanı qaydaya salmaq üçün dilaltı hissəni kəsməyə ehtiyac yoxdur.  Dilaltı bağı anatomik qısa olan körpələrin anasının mütəxəssis yanında bir iki məşğələ keçməsi kifayətdir. 

Hər il dünyada 10-12 faiz uşaq ankiloqlossiya – dil altı bağın bərk və qısa olması ilə doğulur. Bu da dilin hərəkətliliyinə mane olur, azaldır, ana döşünü, əmziyi sıx tutub qidalanmasına mane olur. 

Belə olan halda uşaq cərrahı frenulektomiya – linqivial düyünün kəsilməsi əməliyyatını icra edir. Bu əməliyyat yüngül bir prosedurdur, narkozsuz olunur. 

Son 10 ildə bu əməliyyatların sayı 10 dəfə artıb, halbuki yenidoğulmuşların sayında elə də ciddi dəyişiklik yoxdur. Sadəcə indi valideynlər dilaltı bu bağ haqqında daha məlumatlıdır, uşaq döşü tutmayan kimi bundan şübhələnib,  dərhal cərraha müraciət edirlər.

Alimlər son tədqiqatlarında dil yüyəni kiçik doğulan 115 uşağı müşahidə ediblər. Onlar əməliyyatdan öncə anaları ilə birgə xüsusi korreksiya məşğələlərinə cəlb edilib. Məşğələlər 15 gün davam edib. Daha sonra pediatrlar uşağın süd yeməsini müqayisə edərək, 63 faiz  körpədə əməliyyat olmadan belə süd əmməsi düzəlmişdir və onlar əməliyyatdan imtina edilmişdir. 28 faizində isə bağ çox qısa olduğundan və üst dodağı içəridən damağa çəkdiyinə görə, onlarda əməliyyat icra olunub.

Bu metodla bir çox uşaqlar ağrılı prosedursuz davam edə biliblər. Ona görə tədqiqat müəllifləri hesab edir ki, hər dilbağı qısa, bərk olan körpəni əməliyyat etməyə tələsmək olmaz, ilk əvvəl süd verməni korreksia etmək olar.

Azərbaycanda belə kurs və məşğələlər olmadığı üçün qısa dil yəhərinin cərrahi yolla aradan qaldırılmaqdan başqa yolu qalmır. Pediatrlar  “belə hallarda mütləq cərrah müayinəsi olmalı və dil yüyəni çərtilməlidir. Bu problem dilin hərəkətini məhdudlaşdırıb, gələcəkdə uşağın nitqində problem yarada bilər”-- deyirlər. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə