Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb

Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb

"RİA Novosti"nin verdiyi məlumata görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bildirib ki, ABŞ Avropa İttifaqının ən yaxşı tərəfdaşıdır.

F.Mogerini deyib: "ABŞ bizim ən yaxşı tərəfdaşımız və müttəfiqimizdir. Biz bəzi məsələlərdə razılaşmasaqda, digər məsələlər üzrə yaxşı işləməyi davam etdiririk və bu dostluq qalır".

Ali nümayəndə əlavə edib ki, hazırda ortada İranla nüvə razılaşmasını qüvvədə saxlama məsələsi var.

 

“Xalq qəzeti”

16 2019 10:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə