Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib

DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib

İyulun 14-də saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülüb. İnsident qısa müddətdə aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb. Gələcəkdə belə hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.

15 2019 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə