Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə illik idarəetmə hesabatı

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə illik idarəetmə hesabatı

1. emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

“PAŞA Həyat Sığorta” ASC

Qeydiyyat tarixi: 24.11.2010-cı il

Qeydiyyat nömrəsi və VÖEN: 1401876531

 

2. emitentin hüquqi ünvanı və olduğu yer;

Hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170

Faktiki ünvan (olduğu yer): Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15

3. emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;

Olmayıb

4. emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;

“Qərb” filialı Cəmiyyətin Ali İdarəetmə orqanının 01.10.2018-ci il tarixli 020-18 saylı qərarı ilə ləğv edilmişdir.

5. emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;

Yoxdur

6. emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;

“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyət

7. emitentin məşğul olduğu fəaliyyət istiqamətləri; 

Sığorta faəliyyəti.

Təkrarsığorta fəaliyyəti 08.01.2018-ci il tarixində təkrarsığorta lisenziyasının ləğv edilməsi ilə dayandırılmışdır.

8. emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə  fəaliyyət növləri və qüvvədə olma müddətləri;

11.12.2015-ci il, müddətsiz, sığorta fəaliyyəti

06.05.2014-cü il, müddətsiz, təkrarsığorta fəaliyyəti (08.01.2018-ci il tarixində təkrarsığorta lisenziyası ləğv edilmişdir)

9. emitentin təklif etdiyi məhsullar və xidmətlər;

Həyat sığortası sahəsi üzrə xidmətlərin göstərilməsi:

 

10. emitentin işçilərinin sayı və onun rüblük dinamikası;

I rüb 30.03.2018 - 184 işçi

II rüb 30.06.2018 – 194 işçi

III rüb 30.09.2018 – 197 işçi

IV rüb 31.12.2018 – 204 işçi

11. emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;

Direktorlar Şurası:

 

2018-ci ilin iyulun 9-unadək:

Direktorlar Şurasının sədri – Mir Camal Hafiz oğlu Paşayev;

Direktorlar Şurasının üzvü – Cəlal Ələkbər oğlu Qasımov;

Direktorlar Şurasının üzvü – Nofəl Qəhrəman oğlu Rzayev;

Direktorlar Şurasının üzvü – Fərid Usad oğlu Məmmədov;

Direktorlar Şurasının müstəqil üzvü – Əli Abdulhüseyn oğlu Hüseynov.

 

2018-ci ilin iyulun 9-dan etibarən:

Direktorlar Şurasının sədri – Fərid Usad oğlu Məmmədov;

Direktorlar Şurasının üzvü – Cəlal Ələkbər oğlu Qasımov;

Direktorlar Şurasının üzvü – Nofəl Qəhrəman oğlu Rzayev;

Direktorlar Şurasının üzvü –Şahin Çingiz oğlu Məmmədov;

Direktorlar Şurasının üzvü-Oqtay Arif oğlu Həsənov;

Direktorlar Şurasının üzvü-Səmayə İsmət qızı Novruzova;

Direktorlar Şurasının müstəqil üzvü – Əli Abdulhüseyn oğlu Hüseynov.

 

İdarə Heyəti:

 

İdarə Heyətinin sədri – Niyaz Rövşən oğlu İsmayılov;

İdarə Heyəti üzvü – İbrahim Hüseynqulu oğlu İbrahimov;

İdarə Heyətinin üzvü – Lalə Cəfərova (001-18 №-li, 15.01.2018-ci il tarixli SÜY qərarı ilə həmin tarixdən vəzifəsindən azad edilmişdir)

İdarə Heyətinin üzvü – Dilara Əli qızı Babayeva (2018-ci ilin may-sentyabr ayları ərzində, Dilara Babayeva sosial məzuniyyətdə olduğu üçün  SÜY qərarı ilə  onun vəzifələrini Əfqan Telman oğlu Əfqanlı müvəqqəti icra etmişdir);

İdarə Heyətinin üzvü – Rüstəm Vaqif oğlu Məmmədov.

 

Təftiş Komissiyası:

Təftiş Komissiyasının sədri – Vüqar Valeh oğlu Mustafayev;

Təftiş Komissiyasının üzvü –  Nərmin Bəhram qızı İsgəndərova;

Təftiş Komissiyasının müstəqil üzvü – Mahir Edil oğlu Eyvazov.

12. emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının)  ayrı-ayılıqda sayı; 

1 (bir) hüquqi şəxs

13. emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;

Yeganə səhmdar “PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyət

Olduğu yer: Bakı şəhəri, Nəsimi rayonu,  Neftçilər prospekti ev 153;

AR Ədliyyə Nazirliyi tərəfindən 01.11.2016-cı il tarixdə 0106-P267-47064 nömrə ilə dövlət qeydiyyatına alınmışdır;

VÖEN 1401007871;

7.000 (yeddi min) ədəd səhm, 40.250.000 (qırx milyon iki yüz əlli min) manat;

Nizamnamə kapitalındakı payı - 100%.

14. nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);

Yoxdur

15. emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

Hesabat dövrü ərzində 24 ümumi yığıncaq keçirilib.

15.1. yığıncağın keçirilmə tarixi və yeri (ünvan);

001-18 №-li qərar, 15.01.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

002-18 №-li qərar, 15.01.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

003-18 №-li qərar, 15.01.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

004-18 №-li qərar, 15.01.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

005-18 №-li qərar, 13.03.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

006-18 №-li qərar, 19.03.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

007-18 №-li qərar, 27.03.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

008-18 №-li qərar, 30.03.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

009-18 №-li qərar, 30.03.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

010-18 №-li qərar, 27.04.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

011-18 №-li qərar, 27.04.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

012-18 №-li qərar, 01.05.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

013-18 №-li qərar, 01.05.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

014-18 №-li qərar, 15.05.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

015-18 №-li qərar, 25.06.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

016-18 №-li qərar, 09.07.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

017-18 №-li qərar, 13.07.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

018-18 №-li qərar, 06.08.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

019-18 №-li qərar, 07.08.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

020-18 №-li qərar, 01.10.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

021-18 №-li qərar, 11.10.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15.

022-18 №-li qərar, 29.10.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15.

023-18 №-li qərar, 08.11.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15;

024-18 №-li qərar, 03.12.2018-ci il, Bakı şəhəri, Mayakovski küçəsi 15.

15.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar.

001-18:

 

Lalə Tahir qızı Cəfərova digər vəzifəyə təyin olunması ilə əlaqədar “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü vəzifəsindən azad olunsun. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

002-18:

 

 “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri aşağıdakı kimi adlandırılsın:

  1. İdarə Heyətinin sədri;
  2. İdarə Heyəti sədrinin birinci müavini;
  3. İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısı;
  4. İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısı;
  5. İdarə Heyətinin üzvü – Baş Əməliyyat İnzibatçısı.
  • Departamentlərin tərkibi və İdarə Heyəti üzvlərinin kurasiyalarında dəyişikliklər edilərək “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin təşkilati strukturu aşağıdakı kimi formalaşdırılsın:
  • “Risklərin idarəedilməsi” şöbəsi ləğv edilsin və əvəzində İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısına tabe olan “Risklərin idarəedilməsi” departamenti və departamentin tərkibində “Sığorta riski və ehtiyatların hesablanması”, “Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi” və “Əməliyyat risklərinin idarəedilməsi” adlı 3 yeni şöbə yaradılsın.
  • İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısına tabe olan “Anderraytinq və qiymətləndirmə” adlı yeni departament və departamentin tərkibində “Qiymətləndirmə və portfel analizi” adlı yeni şöbə yaradılsın, “Anderraytinq və təkrarsığorta” şöbəsi departamentin tərkibinə daxil edilsin.
  • İdarə Heyətinin üzvü – Baş Əməliyyat İnzibatçısına tabe olan “Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi” adlı yeni departament yaradılsın, “Müştəri xidmətləri” şöbəsi “Satış” departamentinin tərkibindən, “Sığorta hadisələri” şöbəsi isə “Hüquq” departamentinin tərkibindən çıxarılaraq “Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi” departamentinin tərkibinə daxil edilsin.
  • “Qərb” filialı “Satış” departamentinin tərkibinə daxil edilsin.
  • “Satış kanalları və marketinq” departamenti İdarə Heyəti sədrinin birinci müavininin tabeliyinə verilsin, departamentin tərkibində olan “Marketinq və ictimaiyyətlə əlaqələr” şöbəsinin adı dəyişdirilərək “Marketinq və məhsulun inkişafı” şöbəsi adlandırılsın.
  • “Satınalma” şöbəsi “Maliyyə və satınalma” departamentinin tərkibindən çıxarılsın və İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısına tabe olan müstəqil şöbə kimi müəyyən edilsin.
  • “Maliyyə və satınalma” departamentinin adı dəyişdirilərək “Maliyyə” departamenti adlandırılsın, müstəqil şöbə olan “İnzibati işlər” şöbəsi departamentin tərkibinə daxil edilsin və departament İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısının tabeliyinə verilsin.
  • “Strategiya və investisiya” departamenti İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısının tabeliyinə verilsin.
  • “İnformasiya texnologiyaları” departamenti İdarə Heyətinin üzvü – Baş Əməliyyat İnzibatçısının tabeliyinə verilsin.
  • İdarə Heyətinin üzvü – Baş Əməliyyat İnzibatçısına tabe olan “Biznes proseslərinin idarəedilməsi” adlı yeni müstəqil şöbə yaradılsın.
  • “Hüquq” departamenti İdarə Heyətinin sədrinin tabeliyinə verilsin.
  • İdarə Heyətinin sədrinin tabeliyində olan “İnformasiya və ümumi təhlükəsizlik” departamentinin adı dəyişdirilərək “İnformasiya təhlükəsizliyi” departamenti adlandırılsın.
  • İdarə Heyətinin sədrinin tabeliyində olan “İnsan Resursları” departamentinin tərkibinə daxil olan “Karyera və inkişaf” şöbəsinin adı dəyişdirilərək “Təşkilati inkişaf” şöbəsi adlandırılsın, “Kadr İnzibatçılığı” şöbəsinin adı dəyişdirilərək “İşə qəbul və insan resursları əməliyyatları” şöbəsi adlandırılsın.
  • Müstəqil şöbə olan “Aktuariat” şöbəsi ləğv edilsin.
  • Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə edilsin.

 

003-18:

 

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin təşkilati strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq Dilara Əli qızı Babayeva İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilsin və İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə edilsin.

 

004-18:

 

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin təşkilati strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq Rüstəm Vaqif oğlu Məmmədovun vəzifəsi İdarə Heyətinin üzvü – Baş Əməliyyat İnzibatçısı adlandırılsın. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə edilsin.

 

005-18:

 

Müstəqil auditorun rəyi nəzərə alınmaqla, 17 500 000 AZN (on yeddi milyon beş yüz min manat) vəsaitin “PAŞA Həyat Sığorta” ASC-nin aidiyyəti şəxsi olan “PAŞA Bank” ASC-də müddətli depozit hesabına yönləndirilməsinə və həmin hesabda olan vəsaitlərin məhdudiyyətsiz artırılıb azaldılmasına razılıq verilsin.

“PAŞA Həyat Sığorta” ASC-nin “PAŞA Bank” ASC-dəki 001D129180720001 saylı depozit hesabındakı pul vəsaitinin aidiyyəti şəxs olan “PAŞA Bank” ASC-nin xeyrinə girovla yüklü edilməsinə razılıq verilsin. “PAŞA Həyat Sığorta” ASC-nin xeyrinə “Bank of Baku” ASC-yə təqdim edilməsi məqsədilə Qarantiya verilməsi üçün “PAŞA Bank” ASC-yə müraciət edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədrinə həvalə edilsin.

 

006-18:

 

2017-ci ilin maliyyə hesabatlarının düzgünlüyünün auditi məqsədilə “Caspian Consulting and Partners” Məhdud Məsuliyyətli Cəmiyyəti “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin müstəqil auditoru təyin edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədrinə həvalə edilsin.

 

007-18:

 

2017-ci maliyyə ili üzrə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq olaraq hazırlanılmış maliyyə hesabatı təsdiq edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar  Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

008-18:

 

2017-ci maliyyə ili üzrə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Milli Mühasibat Uçotu Standartlarına müvafiq olaraq hazırlanılmış maliyyə hesabatı təsdiq edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar  Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

009-18:

 

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin maliyyə nəticələrinə əsasən bölüşdürülməmiş mənfəətdən təsisçiyə 17 132 000 (on yeddi milyon yüz otuz iki min) manat məbləğində dividend ayrılsın. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

010-18:

 

2017-ci maliyyə ilinin yekunlarına görə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin mükafatlandırılması üçün 1 290 500 (bir milyon iki yüz doxsan min beş yüz) manat məbləğində vəsait ayrılsın. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar  Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

011-18:

2017-ci ilin nəticələrinə əsasən “PAŞA Həyat Sığorta” ASC-nin Daxili Audit Xidmətinin rəhbəri Emil Əhməd oğlu İbrahimova mükafat fondu ayrılsın. 2017-ci ilin nəticələrinə əsasən “PAŞA Həyat Sığorta” ASC-nin Daxili Audit Xidmətinin mütəxəssisi Yunis Mübariz oğlu Məmmədliyə mükafat fondu ayrılsın. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar  Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

012-18:

 

“PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının aşağıda adları qeyd olunan üzvləri növbəti 3 il müddətinə yenidən əvvəl tutduqları vəzifəyə təyin edilsinlər:

Təftiş Komissiyasının sədri - Mustafayev Vüqar Valeh oğlu;

Təftiş Komissiyasının müstəqil üzvü  - Eyvazov Mahir Edil oğlu. 

“PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri Vüqar Valeh oğlu Mustafayevlə əmək müqaviləsi bağlanılsın. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

013-18:

 

“PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri Vüqar Valeh oğlu Mustafayevə mükafat fondu ayrılsın. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar  Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

 

014-18:

 

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – Baş Maliyyə inzibatçısı Babayeva Dilara Əli qızının hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxması ilə əlaqədar həmin müddətdə İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısı vəzifəsinin müvəqqəti icrası Əfqanlı Əfqan Telman oğluna həvalə edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar  Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

015-18:

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanunun 75.2.-ci maddəsinə əsasən “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci maliyyə ili üçün hazırlanan illik hesabatı təsdiq edilsin. Bu qərardan irəli gələn bütün məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə həvalə olunsun.  

 

 

016-18:

 

09.07.2018-ci il tarixindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə əsasən növbəti 3 (üç) il müddətinə Fərid Məmmədov “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, Əli Hüseynov Direktorlar Şurasının müstəqil üzvü, Cəlal Qasımov, Şahin Məmmədov, Səmayə Novruzova, Nofəl Rzayev, Oqtay Həsənov Direktorlar Şurasının üzvləri vəzifələrinə təyin edilsinlər. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə həvalə olunsun.

 

017-18:

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.-cü maddəsinə əsasən sığortaçının rəhbər işçisinin vəzifəsinin müvəqqəti icrası ilə əlaqədar 60 günədək müddətə nəzərdə tutulmuş təyinatın müddəti bitdiyindən, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – Baş Maliyyə inzibatçısı Babayeva Dilara Əli qızının hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxması ilə əlaqədar İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısı vəzifəsinin müvəqqəti icrası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq müvafiq attestasiyadan keçənədək növbəti 30 gün müddətinə yenidən Əfqanlı Əfqan Telman oğluna həvalə edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə həvalə olunsun.

 

018-18:

 

“PAŞA Həyat Sığorta” ASC-nin 2018-ci il, 2019-cu il və 2020-ci il tarixləri üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq olaraq maliyyə göstəricilərinin yoxlanılması Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həyata keçirilsin. Bu qərardan irəli gələn bütün məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.  

019-17:

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.-cü maddəsinə əsasən sığortaçının rəhbər işçisinin vəzifəsinin müvəqqəti icrası ilə bağlı tələblərinə əsasən, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – Baş Maliyyə inzibatçısı Babayeva Dilara Əli qızının hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxması ilə əlaqədar İdarə Heyətinin üzvü – Baş Maliyyə İnzibatçısı vəzifəsinin müvəqqəti icrası Babayeva Dilara Əli qızı sosial məzuniyyətdən geri dönənədək, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq müvafiq attestasiyadan müvəffəqiyyətlə keçdiyinə görə yenidən Əfqanlı Əfqan Telman oğluna həvalə edilsin.

01 Sentyabr 2018-ci il tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri Mustafayev Vüqar Valeh oğluna aylıq əmək haqqı müəyyən edilsin.

“PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri Mustafayev Vüqar Valeh oğlu və onun ailə üzvləri müvafiq tibbi sığorta paketi ilə təmin edilsinlər. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

 

020-17:

 

Departamentlərin tərkibi və İdarə Heyəti üzvlərinin kurasiyalarında dəyişikliklər edilərək “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin təşkilati strukturu aşağıdakı kimi formalaşdırılsın:

 

  • İdarə Heyətinin birinci müavininə tabe olan “Satış” departamentinin tərkibində yeni “Satış və Analitika” şöbəsi yaradılsın.
  •   “Əlaqə mərkəzi” şöbəsi İdarə Heyətinin birinci müavininə tabe olan “Satış Kanalları və marketinq” departamentinin tabeliyindən çıxarılaraq İdarə Heyətinin üzvü – Baş Əməliyyat İnzibatçısına tabe olan “Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi” departamentinin tərkibinə daxil edilsin.
  •   İdarə Heyətinin birinci müavininə tabe olan “Satış Kanalları və marketinq” departamentinin tərkibində yeni “Telesatış” şöbəsi yaradılsın.
  •   İdarə Heyətinin birinci müavininə tabe olan “Satış Kanalları və marketinq” departamentinin tərkibində olan “Banklarla iş” şöbəsinin adı dəyişdirilərək “Banklar və digər kanallarla iş şöbəsi” şöbəsi adlandırılsın.
  • İdarə Heyətinin sədrinin tabeliyində olan İnsan Resursları departamentinin adı dəyişdirilərək “İnsan resursları və daxili kommunikasiya” departamenti adlandırılsın və həmin departamentin daxilində yeni “Daxili kommunikasiya” şöbəsi yaradılsın. 
  • “Kargüzarlıq” şöbəsinin adı dəyişdirilərək “Sığorta əməliyyatlarına dəstək şöbəsi”  adlandırılsın və İdarə Heyətinin sədrinin tabeliyində olan “Hüquq” departamentinin tərkibindən çıxarılaraq İdarə Heyətinin üzvü – Baş Əməliyyat İnzibatçısına tabe olan “Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi” departamentinin tərkibinə daxil edilsin:
  • Həmin şöbənin Keyfiyyət İdarəetmə Sistemi (KİS) üzrə funksiyası Biznes proseslərinin idarəedilməsi şöbəsinə,
  • İdarə Heyətinin köməkçisi vəzifəsi  “İnsan Resursları və daxili kommunikasiya” departamentinə,
  • Digər funksiyaları isə, “Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi” departamentinin tərkibində yaradılacaq “Sığorta əməliyyatlarına dəstək şöbəsi”nə ötürülsün. 

 

  • İdarə Heyətinin birinci müavininə tabe olan “Satış” departamentinin tərkibindəki “PAŞA Həyat Sığorta” ASC-nin “Qərb” filialı ləğv edilsin.
  • Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə edilsin.

 

021-17:

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2.-ci maddəsinə uyğun olaraq, İsgəndərova Nərmin Bəhram qızı 12 oktyabr 2018-ci il tarixindən etibarən yenidən növbəti müddətə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Təftiş Komissiyasının üzvü təyin edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə və Təftiş Komissiyasına həvalə olunsun.  

022-18:

“PAŞA Həyat Sığorta” ASC-nin Yeganə Səhmdarının 14 dekabr 2016-cı il tarixli, 019-16 saylı Qərarı ilə təsdiq edilmiş “Direktorlar Şurasının üzvlərinə tətbiq edilən imtiyazlar barədə Qaydalar” qüvvədən düşmüş  hesab olunsun və eyni adlı qaydalar yeni redaksiyada təsdiq edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədrinə həvalə olunsun.

023-18:

Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndinin və 116-cı maddəsinin 1-ci hissəsinin tələblərini nəzərə alaraq, 16 noyabr 2018-ci il tarixindən 20 noyabr 2018-ci il tarixinədək “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri Mustafayev Vüqar Valeh oğluna şəxsi ərizəsi əsasında əmək məzuniyyəti verilsin. “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri Mustafayev Vüqar Valeh oğlu əmək məzuniyyətinin bitdiyi gündən 21 noyabr 2018-ci il tarixindən əmək funksiyalarının icrasına başlasın. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə həvalə olunsun.

024-18:

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin “Satınalma prosesinin həyata keçirilməsi ilə bağlı limitlər”i təsdiq edilsin. Bu qərardan irəli gələn bütün məsələlərin həlli “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə həvalə olunsun.  

16. emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):


 

Qeydiyyat tarixi- 03.02.2014-cu il, qeydiyyat nömrəsi – AZ1004009200, 7000 adi səhm, sənədsiz adlı qiymətli kağız, nominal dəyəri – 5750 manat;

16.1. investisiya qiymətli kağızın növü və forması;

Adi adlı sənədsiz səhm

16.2. investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;

Qeydiyyat tarixi- 03.02.2014-cu il, qeydiyyat nömrəsi – AZ1004009200.

16.3. investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;

7000 adi səhm, sənədsiz adlı qiymətli kağız, hər birinin nominal dəyəri – 5750 manat;

16.4. investisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri;

40.250.000 (qırx milyon iki yüz əlli min) manat

16.5. hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin maliyyə nəticələrinə əsasən bölüşdürülməmiş mənfəətdən təsisçiyə 17 132 000 (on yeddi milyon yüz otuz iki min) manat məbləğində dividend ayrılmışdır.

 

16.6. faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;

Yoxdur

16.7. investisiya qiymətli kağızların  yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).

Qapalı yerləşdirilib

17. emitent tərəfindən bağlanılmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:

“PAŞA Bank”-la deposit müqaviləsi

17.1. əqdin məbləği;

17 500 000 (on yeddi milyon beş yüz min) AZN

17.2. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.

-

18. emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış əqdlər barədə məlumatlar:

 

  •  “PAŞA Travel” MMC- satınalma müqaviləsi;
  • “PAŞA Sığorta” MMC- satınalma müqaviləsi;
  • “PAŞA Kapital” İŞ-investisiya ilə əlaqəli vasitəçilik xidmətləri;
  • “PAŞA Bank”- investisiya müqaviləsi;
  • “PAŞA İnşaat”- korporativ həyat sığorta müqaviləsi;
  •  “PAŞA TECHNOLOGY” MMC - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi;
  • "PAŞA Development" MMC- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi;

 

18.1. bağlanılmış əqdin mahiyyəti;

Sığorta, investisiya, satınalma müqavilələri

18.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.

Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxs kateqoriyasına düşən şəxslərdir

19. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;

27.06.2018

20. hesabatın açıqlanma mənbəyi haqqında məlumat.

“Xalq” Qəzeti

 

 

16 2019 02:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Dekabr 2019 | 03:46
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə