Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şimal axını - 2” kəmərinin inşasını saxlamaq olmaz

“Şimal axını - 2” kəmərinin inşasını saxlamaq olmaz

Almaniya Federativ Respubliksının sabiq naziri Ronald ­Pofall bildirib ki, “Şimal axını-2” qaz kəmərinin tikintisini dayandırmaq olmaz. Bu qaz kəməri Almaniya və Avropa üçün ekoloji cəhətdən çox sərfəlidir. Avropa İttifaqı bu layihəni dayandıra bilməz.

Eks–nazirin sözlərinə görə, Avropa yaxın vaxtlarda əlavə təbii qaz alacaq. Məhz bu Rusiya lahiyəsinin əsasında baş tutacaq və iqtisadiyyatın inkişafını daha da sürətləndirəcək. Layihənin gücü 55 milyard kubmetr olacaq.
Qeyd edək ki, hazırda “Şimal axını-2” qaz kəmərinin yarısı inşa edilib. Bu tikintidə dünyanın onlarca şirkəti iştirak edir.
“Şimal axını-2” qaz kəmərinin tikintisinə Ukrayna və ABŞ etiraz edir.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

 

 

15 2019 22:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə