Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyada deputatların sayı azaldılır

İtaliyada deputatların sayı azaldılır

“Euronews” agentliyinin  yaydığı məlumata görə, İtaliya Senatı parlamentin hər iki palatasında deputatların sayının azaldılması haqqında təqdim olunmuş Konstitusiya islahatı layihəsini dəstəkləyib.

Məlumata görə, sənədin lehinə 180, əleyhinə isə 50 senator səs verib. Bitərəf qalan olmayıb. Bildirilir ki, qanun layihəsi yekun təsdiq üçün Aşağı Palataya göndərilib. 
Qeyd edilir ki, sənəd hər bir palatanın üçdə ikisinin razılığını qazanmalıdır Əks təqdirdə referenduma çıxarılacaq.
Qanun layihəsi təsdiqlənərsə, Aşağı Palatanın deputatlarının və senatorlarının sayı 345-ədək azaldılacaq.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

15 2019 22:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə