Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Liverpul”un Koutinyo planı

“Liverpul”un Koutinyo planı

İngiltərənin “Liverpul” futbol klubu ötən il “Barselona”ya 145 milyon avroya satdığı Filipe Koutinyonu geri qaytarmaq istəyir. Bu barədə “Futbol.ua” saytı məlumat yayıb.
Mənbə yazır ki,  kataloniyalılardan ayrılmaq istəyən braziliyalı futbolçu “Liverpul”a qayıtmağa müsbət yanaşır. 27 yaşlı yarımmüdafiəçinin keçidi üçün “qırmızılar” iki illik icarə təklifi göndərib. Keçid reallaşarsa, mersisaydlılar Koutinyonu 100 milyon avroya transfer etmək hüququna da malik ola biləcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 ötürmə edib.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

15 2019 21:59 - İDMAN
İDMAN
10 Dekabr 2019 | 23:25
Messi birincidir
6 Dekabr 2019 | 22:59
Mbappe ilk onluğa düşüb
6 Dekabr 2019 | 03:16
İlin ən yaxşı futbolçusu

Köhnə versiyamızdan xəbərləri izlə