Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qoşa qanad: VI Fizika və lirika konfransı”nın iştirakçıları YT Parkın istehsal prosesi ilə tanış olublar

“Qoşa qanad: VI Fizika və lirika konfransı”nın iştirakçıları YT Parkın istehsal prosesi ilə tanış olublar

Azad Həmkarlar İttifaqı və N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib.

Konfransdan əvvəl qonaqlar Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olublar. YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovbildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

www.science.az iştirakçılar AMEA-nın təşəbbüsü ilə yaradılmış, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş akademiya laboratoriyasında olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar hazır neft məhsulları və onların istehsal prosesi, hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatları (PUA) ilə tanış olublar. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti konfrans iştirakçılarının böyük marağına səbəb olub.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

15 2019 17:16 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə