Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandan 786,6 milyon dollarlıq qeyri neft-qaz məhsulları göndərilib

Azərbaycandan 786,6 milyon dollarlıq qeyri neft-qaz məhsulları göndərilib

Bu ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (23 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (6,7 faiz), İtaliyaya (3,6 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2 faiz), İrana (1,9 faiz), Çinə (1,8 faiz), Niderlanda (1,4 faiz) və Almaniyaya (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 16:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə