Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyulun 15-də gözlənilən hava şəraiti haqqında məlumat

İyulun 15-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Yağmursuz.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 18-22° isti, gündüz  27-32° isti,

Bakıda gecə 19-21° isti, gündüz  30-32°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-55 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 9-14° isti,  gündüz  19-24°  isti təşkil edəcək.

15 2019 16:16 - EKOLOGİYA
EKOLOGİYA
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir
16 Avqust 2019 | 17:37
Peterburqa qar yağıb

Köhnə versiyamızdan xəbərləri izlə