Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Melanoma bəlası

Melanoma bəlası

Melanoma hazırda dünyada geniş yayılmış, müalicəsi mümkün olmayan və əlamətləri də kəskin bilinməyən dəri xərçəngidir.Yayda ultrabənövşəyi şüalar aktivləşir, insanın bədəninin çox hissəsi açıqda qalır, xallara günəş işığı düşür, insanlar müxtəlif isti ölkələrə gedərək gün altında qaralır. Amma çox insan bilmir ki, özü ilə hər an partlayan bomba gəzdirir. Bu onun xallarıdır.

Melanomanın yaş həddi yoxdur.

Uşaqdan tutmuş 70 yaşlı qocaya kimi hamı tutula bilər. 100 min nəfərə 7-8 nəfər düşür. Dünyada melanoma çox yayılmış ölkə Avstraliyadır. Bu oranın iqlimi ilə bağlıdır. 100 min insana 33 nəfər.

Günvurma və gündə yanma xəstəliyi oyadır.--İstənilən gündən yanma dərini zədələyir. Dəri gün şüalarından çox zədələnəndə melanositlər adlı hüceyrələrində təhlükəli mutasiyalar proqramı işə düşür və yad hüceyrələr yaranır. İllər sonra bu hüceyrələr melanoma yaradır. Xüsusən 5 yaşa kimi uşaqların gündə yanması çox təhlükəlidir. Uşaqları çimərliyə, hovuz kənarına aparmayın. Eləcə də bədənində çoxsaylı piqmentasiyalı xalları olanlar, iri ət xalları olanlar, xal törəməsi olanlar gündə yanmamalı, gün altında qaralmamalıdır.

Dərinin pasportu

Melanomanı yaradan digər səbəblər də var. Ailədə, nəsildə bu xəstəlik olubsa, genetik mutasiyalar,  zədələnməyə məruz qalan xallar... Bu qruplara aid bütün şəxslər uşaq yaşlarından onkoloq yanında müşahidədə olmalı, tez-tez müayinə edilməlidirlər ki, xallar melanomaya çevrilməsin.

Artıq 10 ildir ki, dünyada iri mərkəz və xəstəxanalarda xüsusi texnologiya tətbiq olunur. "Dərinin pasportu” adlanan  metodda pasiyentin bütün xalları iri planda fotoşəkli çəkilir, bir arxivə yığılır və hər 6 aydan bir onların dəyişməsi izlənilir: rəngi, ölçüsü, sayı və s. Əgər həkim hansısa xaldan şübhələnsə dermatoskopiya apararaq, xalı incələyir və lazım gələrsə onu götürür.

Xallar harda oldu yandırıla, götürülə bilməz.

Xalları yalnız onkoloq götürə bilər. Əgər xalı kosmetoloq və ya dermatoloq götürürsə, ciddi səhvə yol verilsə, melanoma sürətlə böyüyüb, metastaz verə bilər. İstənilən xalı kəsəndən sonra onu histoloji analizə göndərməlidirlər. Əgər xal şiş hüceyrəli olsa, müalicə lazım olacaq.

Əgər xalın ölçüsünün böyüməsi, yayılması, formasını, rəngini dəyişməsi (tündləşmə, qaralma, qırmızı, göyümtül rəng), yeni xalların yaranması və xalın qaşınması, qanaması müşahidə edilirs dərhal onkoloqa müraciət edin

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 14:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə