Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəzi enerji içkilərinin istehsalı, satışı və idxalı qadağan ediləcək

Bəzi enerji içkilərinin istehsalı, satışı və idxalı qadağan ediləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Real tv"-yə müsahibəsində bildirib ki, ölkədə enerji içkilərinin tərkibi ilə bağlı xüsusi tənzimləmə işi həyata keçiriləcək. Tərkibində kofeinin miqdarı normadan artıq olan təhlükəli enerji içkilərinin istehsalı, idxalı və satışı qadağan olunacaq. 

AQTA-nın sədri əlave edərək deyib ki, artıq yaşı 18-ə qədər olan şəxslərə enerji içkilərinin satışı qadağan olunur. Eyni zamanda sağlamlıq mərkəzlərində, müalicə və təhsil müəssisələrində enerji içkilərinin satışının qadağan olunması, uşaq proqramlarında bu içkilərin reklamının dayandırılması tövsiyyə olunur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 14:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə