Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanınmış fotoqraf dünyasını dəyişib

Tanınmış fotoqraf dünyasını dəyişib

Azərbaycan Fotoqrafiya sənətində əvəzsiz xidmətləri olmuş, fotoqrafiya sənətinə  öz adını yazmış fotoqraf, professor  Hüseyn Hüseynzadə uzun sürən xəstəlikdən vəfat edib.  Bu barədə Azərbaycan Fotoqraflar Birliyi məlumat yayıb. Hüseynzadə Azərbaycan fotoqrafiyasına fotojurnalist kimi başlayıb, daha sonra müstəqil fotoqraf kimi çalışıb. H.Hüseynzadə yaradıcılığı Azərbaycandan kənarlarda keçmiş SSRİ məkanın da əhatə edib.

H.Hüseynzadə 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə “Vışka” qəzetindən başlayıb. “Kommunist”, “Pionerskaya Pravda”, “Komsomolskaya pravda” adlı qəzetlərdə fəaliyyətinə davam edib. “Neft gəldi” və “Qazma ustası Faiq Əliyev” adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülüb. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində “Azərbaycanın kulinariya ensiklopediyası” yaranıb və beləliklə Odlar yurdunu bütün dünyaya tanıdıb.  Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – “Press Foto-62” beynəlxalq sərgi mükafatı, Azərbaycanın “Qızıl qələm” Jurnalistlərinin İttifaqı (1967), Berlində “İnterpresfoto” sərgilərinin mükafatını qazanıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 2019 12:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə