Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümünü Azərbaycan Ordusu silsilə tədbirlərlə qeyd edib

Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümünü Azərbaycan Ordusu silsilə tədbirlərlə qeyd edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Öncə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib. Hərbi hissələrdə Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında məruzələr dinlənilib, filmlər, videoçarxlar təqdim olunub, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 2019 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə