Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Uşaq teatrı uşaqları “Sehrli tütək”lə sevindirəcək

Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə ( böyüklər və uşaqlar üçün) çıxış edir.  Bu il də teatr ənənəsinə sadiq qalaraq özünün 17-ci mövsümünün bağlanışı münasibətilə Teatr Xadimləri İttifaqının tamaşa zalında (Aktyorlar evı-Xaqani 16)  balacalar üçün “Sehirli Tütək” (16 iyul saat 12:00-da), böyüklər üçün isə Gənclər və İdman Nazirliyinin sifarişilə hazırlanmış, insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Günahsız Günahkarlar”  tamaşası   (17 iyul  saat 19:00-da)  nümayiş etdirəcək.  Bu barədə Bakı Uşaq Teatrının mətbuat xidmətindən məlumat verilib.

İyulun 17-də  nümayiş olunacaq  tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və  media nümayəndələri “Gümüş Körpə” medalyonu və fəxri fərmanla mükafatlandırılacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 2019 12:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə