Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 301 Bakı şəhəri, 12 iyul 2019-cu il
 
“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
 
“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 629 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1196) ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bənddə “gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların” sözləri “gənclərin” sözü ilə, “psixoloji reabilitasiya” sözləri “sosial-psixoloji” sözləri ilə əvəz edilsin.
2. 2.3-cü bənd üzrə:
2.1. 2.3.8-ci yarımbənddə “psixoloji reabilitasiya” sözləri “sosial-psixoloji” sözləri ilə əvəz edilsin;
2.2. 2.3.11-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3.12-ci yarımbənd əlavə edilsin:
“2.3.12. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə uyğun olaraq “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə ilk növbədə aşağıdakı xidmətlərin göstərilməsi: 
2.3.12.1. risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;
2.3.12.2. risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;
2.3.12.3. risk qrupunda olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi;
2.3.12.4. cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;
2.3.12.5. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;
2.3.12.6. risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.”.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə