Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 299 Bakı şəhəri, 10 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 2 mart tarixli 100 nömrəli və “Reklam qurğularına Texniki Tələblər”in təsdiq edilməsi barədə” 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
 
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 599 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 100 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 773; 2018, № 7 (II kitab), maddə 1629) ilə təsdiq edilmiş “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 3.1-ci bəndində “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2218; 2018, № 7 (II kitab), maddə 1631) ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 1.4-cü bəndində “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə