Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 302 Bakı şəhəri, 12 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli və “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
 
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 606 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 may tarixli 201 nömrəli, 20 may tarixli 233 nömrəli və 29 iyun tarixli 283 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 47-ci hissəsinin ikinci cümləsindən “Hüquq sahibinin istəyi ilə” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428; 2019, № 3, maddələr 529, 544, 563, 565, 568, № 4, maddə 753) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.2.8.4-cü yarımbəndindən “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi,” sözləri çıxarılsın.
3. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993, № 10, maddə 1927, № 12 (II kitab), maddələr 2485, 2540; 2018, № 4, maddə 790, № 8, maddə 1803, № 10, maddə 2167; 2019, № 3, maddələr 555, 566; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 233 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə:
3.1.1. 1.2-ci, 1.3-cü bəndlərə “çıxarışın” sözündən əvvəl “elektron” sözü əlavə edilsin;
3.1.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış ərazi idarəsinin rəhbərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə, “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən, elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı bildiriş ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır və ərizəçi “sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunur.”;
3.1.3. 2-1.5-ci bənddə “daşıyıcılarda” sözü “formada” sözü ilə əvəz edilsin;
3.1.4. 3.2.1.4-cü yarımbəndə “telefonları” sözündən sonra “, elektron poçt ünvanı” sözləri əlavə edilsin;
3.1.5. 3.2.3-cü yarımbənd ləğv edilsin;
3.1.6. 3.8-ci bənddə “daşıyıcılar üzərində” sözləri “formada” sözü ilə əvəz edilsin və həmin bəndə “imzalanmış” sözündən əvvəl “müvafiq elektron imza ilə” sözləri, “çıxarış” (hər iki halda) sözündən əvvəl “elektron” sözü əlavə edilsin;
3.1.7. 3.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir.”;
3.1.8. 7.5-ci bəndə “çıxarış” sözündən əvvəl “elektron” sözü əlavə edilsin;
3.1.9. 8.3-cü bəndə “çıxarış” sözündən əvvəl “elektron” sözü əlavə edilsin;
3.1.10. Qaydalara 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə” üzrə:
3.1.10.1 “Əlaqə telefonları” hissəsinə “telefonları” sözündən sonra “, elektron poçt ünvanı” sözləri əlavə edilsin;
3.1.10.2. “Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları”, “Kağız formada”, “Elektron üsulla” hissələri ləğv edilsin;
3.1.11. Qaydalara 5 nömrəli əlavə - “İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında Ərizə” üzrə:
3.1.11.1 “Əlaqə telefonları” hissəsinə “telefonları” sözündən sonra “, elektron poçt ünvanı” sözləri əlavə edilsin;
3.1.11.2. “Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları”, “Kağız formada”, “Elektron üsulla” hissələri ləğv edilsin;
3.1.12. Qaydalara 7 nömrəli əlavə - “İpotekanın dövlət qeydiyyatı haqqında Ərizə” üzrə:
3.1.12.1 “Əlaqə telefonları” hissəsinə “telefonları” sözündən sonra “, elektron poçt ünvanı” sözləri əlavə edilsin;
3.1.12.2. “Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları”, “Kağız formada”, “Elektron üsulla” hissələri ləğv edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə (üçüncü halda), 7.2-ci və 7.3-cü bəndlərinə “çıxarış” sözündən əvvəl “elektron” sözü əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 may tarixli 198 nömrəli, 7 may tarixli 210 nömrəli və 23 may tarixli 238 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.2.8.4-cü yarımbəndindən “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi,” sözləri çıxarılsın.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə