Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2019-cu ildə malların və xidmətlərin göstərilməsinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi  2019-cu ildə malların və xidmətlərin göstərilməsinin satın alınması məqsədilə  AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir.
Lot-1. Dövri mətbuata abunə yazılışının satın alınması.
Lot-2. Yanğınsöndürən balonların doldurulmasının satın alınması.
Lot-3. Avtomatik yanğınsöndürmə sisteminin quraşdırılmasının satın alınması.
Lot-4. Tibbi avadanlıqlara texniki qulluqların göstərilməsinin satın alınması.
Lot-5. Tibbi avadanlıqların satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/ - Dövlət satınalmalarının Vahid İnternet Portalına Asan Login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər. 
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-iddiaçının təcrübəsi, iddiaçının təklifinin tələblərə uyğunluğu və iddiaçının tender təklifi.
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər. 
İştirak haqqı Lot-1, lot-3 və lot- 4 hər biri 30 manat, lot-2 - 100 manat, lot-5 isə 250 manatdır.
B1. Benefisiar (alan) bank
Adı - Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN - 1401555071
M/h - AZ41NABZ 01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı - DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h - AZ44CTRE 00000000000002458570
VÖEN - 1500426471
D3. Büdcə təsnifatının kodu - 142340
D4. Büdcə səviyyəsinin kodu – 7
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;
- son iki ildə malların (xidmətlərin və ya işlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi);
-müqavilənin yerinə yetirilməsi təminatı – 2 faiz (iddiaçının təklifi 100 000 ABŞ dolları manat ekvivalentindən çox olarsa).
- müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 26 iyul 2019-cu il saat 12.00-a qədər, tender təklifi ilə bank təminatını isə 8 avqust 2019-cu il saat 12.00 -a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 9 avqust 2019-cu il saat 16.00-da açılacaqdır. 
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

 

Daxili Qoşunların tender komissiyası

14 2019 02:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə