Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hörmüz boğazına hərbi gəmi göndərilir

 Ötən həftə Cəbəllütariqdə Suriyaya neft daşıdığı iddia edilən İran tankerinin saxlanmasından sonra başlayan gərginlik daha da alovlanıb. 
Məlumata görə, gərginliyin artmasına səbəb İngiltərə mətbuatında yayılmış xəbər olub. Belə ki, “İngiltərə hökuməti Hörmüz Körfəzinə yeni bir hərbi gəmi göndərəcək” başlığı altında dərc  edilmiş xəbərdən sonra gərginlik artmağa başlayıb.
İngiltərənin “Sky News” telekanalının xəbərinə əsasən, Hörmüz körfəzində olan “HMS Montrose” hərbi gəmisinə kömək məqsədi ilə “HMS Duncan” destroyeri də regiona göndərilir. İddiaya görə, Qara dənizdəki NATO təlimlərində vəzifəsini başa vuran gəmi buradan Hörmüz körfəzinə istiqamət götürəcək.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

13 2019 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə