Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 297 Bakı şəhəri, 9 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 29 yanvar tarixli 18 nömrəli, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında” 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli, “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 22 yanvar tarixli 12 nömrəli və “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 31 yanvar tarixli 17 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
 
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073; 2007, № 12, maddə 1344; 2008, № 8, maddə 787; 2011, № 5, maddə 449; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.4-cü və 3.5-ci bəndlərə ismin müvafiq hallarında “şəhər, rayon məşğulluq mərkəzləri” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin;
1.2. 3.1-ci bənd üzrə:
1.2.1. birinci cümləyə “şəhər, rayon məşğulluq mərkəzlərinin” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinin” sözləri əlavə edilsin;
1.2.2. ikinci cümləyə “şəhər, rayon Məşğulluq Mərkəzinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
1.3. 3.2-ci və 3.3-cü bəndlərə “şəhər, rayon Məşğulluq Mərkəzinə” sözlərindən sonra “və ya “DOST” mərkəzinə” sözləri əlavə edilsin;
1.4. 4.1-ci bəndə “Şəhər, rayon məşğulluq mərkəzləri” sözlərindən sonra “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 62; 2008, № 2, maddə 130; 2016, № 11, maddə 1976; 2017, № 5, maddə 1003; 2019, № 3, maddə 515) ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 7-ci hissəsinə “şəhər, rayon şöbələri” sözlərindən sonra “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin.
3. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 10, maddə 931; 2009, № 10, maddə 846; 2016, № 11, maddə 1975; 2017, № 5, maddə 1004; 2018, № 7 (II kitab), maddə 1666) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası” üzrə:
3.1.1. 2-ci hissənin ikinci abzası üzrə:
3.1.1.1. birinci cümləyə “(bundan sonra – Şöbə)” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin;
3.1.1.2. ikinci cümləyə “Şöbələr” sözündən sonra “və ya Mərkəzlər” sözləri əlavə edilsin;
3.1.2. 3-cü hissəyə “Şöbəyə” sözündən sonra “və ya Mərkəzə” sözləri əlavə edilsin;
3.1.3. Qaydaya əlavə - “Ərizə” formasına “şəhər (rayon) şöbəsinin müdiri” sözlərindən sonra “( ______ “DOST” mərkəzinin direktoru)” sözləri əlavə edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması” üzrə:
3.2.1. 1-ci və 2-ci hissələrə “şəhər (rayon) şöbəsi” sözlərindən sonra “( _____ “DOST” mərkəzi”)” sözləri əlavə edilsin;
3.2.2. 3-cü hissənin ikinci cümləsinə “şəhər (rayon) şöbəsində” sözlərindən sonra “(“DOST” mərkəzində)” sözləri və “şəhər, rayon şöbəsi” sözlərindən sonra “(mərkəz)” sözü əlavə edilsin;
3.2.3. “şəhər (rayon) şöbəsinin müdiri” sözlərindən sonra “( ______ “DOST” mərkəzinin direktoru)” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 937) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın 6-cı hissəsinə “yerli orqanları” sözlərindən sonra “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 71; 2016, № 11, maddə 1976) ilə təsdiq edilmiş “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsinə “(bundan sonra – Şöbə)” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 76; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bəndə “(bundan sonra – Şöbə)” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin;
6.2. 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərə ismin müvafiq hallarında “Şöbə” sözündən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə