Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 295 Bakı şəhəri, 9 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli, “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 616 nömrəli, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli və “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
 
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457; 2015, № 12, maddə 1584; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın 2.2.1.1-ci və 2.4.1-ci yarımbəndlərinin birinci cümlələrinə “şəhər, rayon şöbələrinə” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1504; 2016, № 11, maddə 1976; 2017, № 5, maddə 1009) ilə təsdiq edilmiş “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”nın 3-cü hissəsinin birinci cümləsində “və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri “, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə və ya “DOST” mərkəzlərinə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 250 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə “(bundan sonra – Şöbə)” sözlərindən sonra “və ya “DOST” mərkəzləri (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin;
3.2. 1.5-ci bəndə, 2.1.1-ci yarımbəndə, 3.1-ci, 4.2-ci, 4.6-cı və 7.1-ci bəndlərə ismin müvafiq hallarında “Şöbə” sözündən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.2.4-cü yarımbəndə “yerli orqanında” sözlərindən sonra “və ya “DOST” mərkəzində” sözləri əlavə edilsin;
4.2. 2.4-cü bəndə “(bundan sonra – Şöbə)” sözlərindən sonra “və ya “DOST” mərkəzinə (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin;
4.3. 2.5-ci bəndin birinci və ikinci cümlələrinə, 4.2-ci bəndə ismin müvafiq hallarında “Şöbə” sözündən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2561; 2018, № 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.2-ci bəndə “(bundan sonra – Xidmət)” sözlərindən sonra “və ya “DOST” mərkəzinin (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin;
5.2. 2.1-ci, 2.2-ci, 2.7-ci bəndlərə, 3.8-ci bəndin üçüncü cümləsinə ismin müvafiq hallarında “Xidmət” sözündən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 3, maddə 532) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.1-ci bəndə “yerli orqanları” sözlərindən sonra “və ya “DOST” mərkəzləri (bundan sonra - Mərkəz)” sözləri əlavə edilsin;
6.2. 2.1-ci bəndə “Xidmət” sözündən sonra “və ya Mərkəz” sözləri əlavə edilsin;
6.3. 2.2-ci, 2.5-ci və 2.6-cı bəndlərə ismin müvafiq hallarında “yerli orqanları” sözlərindən sonra ismin müvafiq hallarında “və ya Mərkəzlər” sözləri əlavə edilsin;
6.4. 3.3-cü bəndin birinci cümləsinə, 1 və 2 nömrəli əlavələrə hər iki halda ismin müvafiq hallarında “yerli orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565; 2018, № 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.2-ci və 2.2-ci bəndlərə ismin müvafiq hallarında “Xidmət” sözündən sonra ismin müvafiq hallarında “və ya “DOST” Mərkəzi” sözləri əlavə edilsin;
7.2. həmin Qaydaya 2 nömrəli əlavənin “Qeyd”inin 2-ci hissəsinin ikinci cümləsinə və 3-cü hissəsinə “orqanlarına” sözündən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə